"ÇL"də dünənin nəticələri
UEFA Çempionlar liqası

"ÇL"də dünənin nəticələri

  • 2022-02-16

Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

İlk oyun günündə 2 qarşılaşma keçirilib. 

"PSJ" Fransada "Real"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Gecənin digər oyununda "Mançester Siti" Portuqaliyada "Sportinq"ini darmadağın edib - 5:0.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də baş tutacaq.

UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

15 fevral

00.00. "PSJ" (Fransa) - "Real" (İspaniya) - 1:0

Qol: Mbappe, 90+4

Qaçırılan penalti: Messi, 62 ("PSJ") - qapıçı zərbəni dəf edib. 

Baş hakim: Daniele Orsato (İtaliya)

00:00. "Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 0:5

Qollar: Mahrez, 7, Bernardo Silva, 17, 44, Foden, 32, Sterlinq, 58

Baş hakim: Srcan Yovanoviç