"PSJ-ni Çempionlar Liqasından kənarlaşdırmaq istəyirik"
- 2022-02-15
"Oyundan əvvəl özümü yaxşı hiss edirəm. Şübhəsiz ki, çətin rəqibə qarşı ağır oyun olacaq. Onlar da bizim kimi Çempionlar Liqasını qazanmaq istəyirlər. Bu oyun final ola bilər. "PSJ"ni yarışdan kənarlaşdırmaq istəyirik".
Bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalında "PSJ" ilə bu gün keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında deyib.
"PSJ-də keçirdiyim vaxtla bağlı gözəl xatirələrim var. Azarkeşlərin sayəsində orada işləməkdən həzz alırdım. "PSJ" əla komandadır. Poçettinonun üzərində böyük təzyiq olsa da, əla iş görür" - deyə o bildirib.
Mütəxəssis söyləyib ki, bu yüksək səviyyəli matçda qalib gəlmək onlar vacibdir: "Təbii ki, hər iki komanda təzyiq altındadır. Hər iki komanda üçün çətin olacaq. Çox düşünmək lazım deyil, oyuna hazırlaşmaq və təzyiqin öhdəsindən gəlmək lazımdır.
Düşünməli olduğumuz yeganə məqam maksimumumuzu necə göstərəcəyimizdir. Və biz bunu edəcəyik. Əminəm ki, oyunçularım 100 faiz motivasiyalıdırlar".