"Real"a qarşı oynamayacaq
- 2022-02-15
"PSJ"nin futbolçusu Serxio Ramosun Çempionlar Liqasının 1/8 finalında "Real"la ilk matçda oynamayacağı dəqiqləşib.
Klubun mətbuat xidmətinə istinadən, ispan müdafiəçi baldırından aldığı zədədən sağalmaqda davam edir. Yaxın vaxtlarda o, fərdi proqram üzrə məşq edəcək. Onun dəqiq bərpa müddəti barədə məlumat verilməyib.
"PSJ" və "Real" arasında ilk oyun fevralın 15-də Parisdə keçiriləcək. Cavab görüşü martın 9-da Madriddə olacaq.
Qeyd edək ki, Ramos 2005-2021-ci illərdə Madrid təmsilçisində oynayıb.