"ÇL"də 1/8 final mərhələsi başlayır
UEFA Çempionlar liqası

"ÇL"də 1/8 final mərhələsi başlayır

  • 2022-02-15

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

İlk oyun günündə 2 qarşılaşma keçiriləcək. 

"PSJ" Fransada İspaniya "Real"ını qəbul edəcək."Park-de-Prens" stadionunda oynanılacaq görüşü italiyalı FİFA referisi Daniele Orsato idarə edəcək.

Gecənin digər oyununda "Mançester Siti" Portuqaliyada "Sportinq"in qonağı olacaq. 

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də baş tutacaq.

UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

15 fevral

00:00. "PSJ" (Fransa) - "Real" (İspaniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

00:00. "Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)

Baş hakim: Srcan Yovanoviç

16 fevral

00:00. "Zalsburq" (Avstriya) - "Bavariya" (Almaniya)

00:00. "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)

22 fevral 

00:00. "Çelsi" (İngiltərə) - "Lill" (Fransa)

00:00. "Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)

23 fevral

00:00. "Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland)

00:00. "Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)