Ramos "Real"la oyun haqda
UEFA Çempionlar liqası

Ramos "Real"la oyun haqda

  • 2021-12-15

"Real"la düşməyimizi istəməzdim. Amma "Santyaqo Bernabeu"ya qayıtmaq sevindiricidir. Pandemiyaya görə vidalaşa bilməmişdim".

Bu sözləri "PSJ"nin futbolçusu Serxio Ramos Çempionlar Liqasının 1/8 finalında "Real"a rəqib olmaları ilə bağlı danışarkən deyib.

İspaniyalı müdafiəçi 16 il çıxış etdiyi sabiq komandası ilə qarşılaşmanın arzuolunmaz olduğunu etiraf edib: "Qismət belə imiş "PSJ" ilə başqa bir komandanın qarşılaşmasını istərdim. "Real"a olan sevgimi və hörmətimi hamı bilir. Amma indi "PSJ"nin müdafiəsi mənə etibar edilib və turu keçmək üçün mümkün olan hər şeyi edəcəyəm. "PSJ" üçün meydanda canımı qoyacağam".