Çempionlar Liqasında 1/8 finalın püşkü yenidən atıldı
UEFA Çempionlar liqası

Çempionlar Liqasında 1/8 finalın püşkü yenidən atıldı

  • 2021-12-13

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi baş vermiş xəta səbəbindən yenidən təkrar edilib.

İsveçrənin Nyon şəhərində keçirilmiş tədbirdə bu mərhələnin cütlükləri müəyyənləşib.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

"Zaltsburq" (Avstriya) - "Bavariya" (Almaniya)

"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland)

"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)

"Atletiko" (Madrid, İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

"Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)

"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)

PSJ (Fransa) - "Real" (İspaniya)

 

Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2022-ci il 15 - 16 və 22 - 23 fevralda, cavab qarşılaşmaları 8 - 9 və 15 - 16 martda oynanılacaq. 

Onuda xatırladaq ki, , bugünkü püşkatmanın təşkilatçıları İngiltərə klubları “Mançester Yunayted”lə “Liverpul”un yer aldığı şarları səhv saldığı üçün püşk təkrarlanıb.