ÇL-də qrup mərhələsinə yekun vuruldu
UEFA Çempionlar liqası

ÇL-də qrup mərhələsinə yekun vuruldu

  • 2021-12-10

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

F qrupunun son matçında "Atalanta" "Vilyarreal"ı qəbul edib. Görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qələbə sayəsində xallarını 10-a çatdıran "Vilyarreal" qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıb. "Atalanta" isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

Sözügedən görüş ötən gün güclü qar səbəbindən təxirə salınmışdı. 

Bu qrupda İngiltərə "Mançester Yunayted"i ilk pillənin sahibi kimi 1/8 finala çıxıb. İsveçrə "Yanq Boyz"u isə avrokuboklarla vidalaşıb.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

6-cı turdan təxirə salınmış oyun

F qrupu

22:00. "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 2:3

Qollar: Malinovski, 71, Sapata, 80 – Danjuma, 3, 51, Kapue, 42

Qeyd edək ki, bunadək Fransanın "PSJ" və "Lill", İngiltərənin "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq" və "Benfika", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), Almaniyanın "Bavariya", Avstriyanın "Zaltsburq", İtaliyanın "İnter" və "Yuventus" klubları 1/8 finala vəsiqə qazanıblar.