"Bavariya" "Barselona" ilə oyuna ciddi itkilərlə çıxacaq
UEFA Çempionlar liqası

"Bavariya" "Barselona" ilə oyuna ciddi itkilərlə çıxacaq

  • 2021-12-08

"Bavariya" Çempionlar Liqasının qrup mərhələsinin sonuncu (6-cı) turunda "Barselona" ilə keçiriləcək oyuna ciddi itkilərlə çıxacaq.

Almaniya mətbuatına istinadən,  Serj Qnabri, Leon Qoretska və Erik Şupo-Motinq bu görüşdə iştirak etməyəcklər.

Qoretska komandayla məşqlərə yeni başlayıb və hələ tam hazır deyil. Qnabrinin əzələsində, Erikin isə səhhətində problem var.
 
Bu gün keçiriləcək "Bayern" - "Barselona" matçına saat 00:00-da start veriləcək.