"Real"dan ilk
UEFA Çempionlar liqası

"Real"dan ilk

  • 2021-12-08

"Real" Çempionlar Liqasında daha bir ilkə imza atıb.

"Kral klubu" buna ötən gecə qrup mərhələsinin 6-cı turunda "İnter"lə matçda (2:0) qalib gəlməklə nail olub.

Komanda bu turnirdə vurduğu qolların sayını 600-ə çatdırıb. Madrid təmsilçisi belə nəticə qazanan ilk klub kimi tarixə düşüb. "Real"ın ən yaxın izləyiciləri "Bavariya" (546 qol), "Barselona" (537), "Mançester Yunayted" (398) və "Yuventus"dur (333).

Qeyd edək ki, "Real" D qrupunda 15 xal toplayaraq 1/8 finala vəsiqə qazanıb.