Mbappe Messinin rekordunu qırdı
UEFA Çempionlar liqası

Mbappe Messinin rekordunu qırdı

  • 2021-12-08

"PSJ"nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasında yeni rekorda imza atıb.

Fransalı hücumçunun rekordu qrup mərhələsinin 6-cı turunda "Brügge" ilə oyunda (4:1) qeydə alınıb. Oyunda dubl edən forvard ÇL-də 30 qol vuran ən gənc futbolçu olub.