"İspaniya klubları 10 ildir dominantlıq edir"
UEFA Çempionlar liqası

"İspaniya klubları 10 ildir dominantlıq edir"

  • 2021-12-07

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Leyptsiq"lə bugünkü oyun öncəsi fikirlərini bildirib.

"UEFA"nın saytına istinadən, o, qalib gəlmək istədiklərini deyib: "Leyptsiq"ə, həmçinin "Brügge" və "PSJ"yə böyük hörmətimiz var . Biz bəzi şeyləri təkmilləşdirmək istəyirik. Bu fürsəti nə qədər tez-tez əldə etsək, hər şey bir o qədər yaxşı olacaq. Bu, bizim üçün böyük fürsətdir.

İspaniya on ildir ki, klub futbolunda dominantlıq edir. Burada hələ iki-üç ildən söhbət gedir. Görək, İngiltərə  klubları "Barselona", "Real", "Atletiko" və "Valensiya"nın nailiyyətlərini təkrarlayabiləcəkmi? İngiltərənin dörd klubunun hamısı qrupdan çıxdı və bu, Premyer Liqa üçün böyük uğurdur”.