Benzema "İnter"lə oyunu buraxa bilər
- 2021-12-06
"Real"ın hücumçusu Kərim Benzema zədələnib.
Bu barədə "AS" nəşri məlumat yayıb. Fransalı futbolçu La Liqanın 16-cı turunda "Real Sosyedad"la keçirilən səfər matçında (2:0) sıradan çıxıb. O, zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsində Milan "İnter"i ilə keçiriləcək matçı buraxa bilər.
Qeyd edək ki, dekabrın 7-də keçiriləcək "Real" – "İnter" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.