4 oyuna azarkeş qadağası
- 2021-12-01
Dekabrın 8-də Çempionlar Liqasının qrup mərhələsinin Münhendə keçiriləcək "Bavariya" - "Barselona" oyununa azarkeşlər buraxılmayacaq.
Bu barədə "Sky Sport Italia" məlumat yayıb. Mənbənin bildirdiyinə görə, buna səbəb son aylar bölgədə koronavirus infeksiyasının yenidən genişlənməsidir.
Bildirilir ki, eyni səbəbdən ÇL-in daha üç qarşılaşması - «RB Leyptsiq» - «Mançester Siti» (7 dekabr, Almaniya), «Ayaks» - «Sportinq» (7 dekabr, Niderland) və «Zalsburq» - «Sevilya» (8 dekabr, Avstriya) görüşləri də azarkeşlərin iştirakı olmadan keçiriləcək.
Qeyd edək ki, hələlik məsələ ilə bağlı UEFA açıqlama verməyib.