Çempionlar Liqasında həftənin komandası və futbolçusu
- 2021-11-25
Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin rəmzi komandası bəlli olub.
Ən yaxşı 11-likdə "Real", Çelsi", "Leyptsiq" və "Sportinq"dən hərəyə 2 futbolçu yer alıb.
Qapıçı: Tibo Kurtua ("Real", İspaniya)
Müdafiəçilər: Ris Ceyms, Nataniel Çaloba (hər ikisi "Çelsi", İngiltərə), Nikolas Otamendi ("Benfika", Portuqaliya), David Alaba ("Real Madrid", İspaniya), Pedro Porro ("Sportinq", Portuqaliya)
Yarımmüdafiəçilər: Emil Forsberq, Kristofer Nkunku (hər ikisi "Leyptsiq", Almaniya), Tyaqo Alkantara ("Liverpul", İngiltərə), Pedru Qonsalveş ("Sportinq", Portuqaliya)
Hücumçu: Edin Ceko ("İnter", İtaliya)
Həftənin futbolçusu isə "İnter"in hücumçusu Edin Ceko seçilib. Bosniya və herseqovinalı forvard Ukraynanın "Şaxtyor" (Donetsk) klubuna 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.