Daha 5 komanda 1/8 finalda
UEFA Çempionlar liqası

Daha 5 komanda 1/8 finalda

  • 2021-11-25

Dünən UEFA Çempionlar Liqasının qrup mərhələsində  5-ci tura yekun vurulub.

İkinci oyun günündə A, B, C və D qruplarında matçlar keçirilib. Qeydə alınan nəticələrdən sonra daha 5 komanda 1/8 finala yüksəlib.

Bunlar "Mançester Siti" (İngiltərə), "PSJ" (Fransa), "Sportinq" (Portuqaliya), "Real" (İspaniya) və İtaliya "İnter"idir. Türkiyənin "Beşiktaş" klubu isə ardıcıl 5-ci matçında da uduzaraq avrokuboklarla vidalaşıb.

Dortmund "Borussiya"sı, "Şerif" (Moldova) və "Zenit" (Rusiya) isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

Qeyd edək ki, daha əvvəl "Ayaks" (Niderland), "Bavariya" (Almaniya), "Mançester Yunayted", "Liverpul", "Çelsi" (hər üçün İngiltərə) və "Yuventus" (İtaliya) 1/8 finala vəsiqəni rəsmiləşdirib.

24 noyabr

A qrupu

00:00. "Brügge" (Belçika) - "Leyptsiq" (Almaniya) - 0:5

Qollar: Kristofer Nkunku, 12; 90+3. Emil Forsberq, 17 (pen.); 45+1. Andre Silva, 26

00:00. "Mançester Siti" (İngiltərə) - "PSJ" (Fransa) - 2:1

Qollar: Rahim Sterlinq, 63. Qabriel Jezus, 76 - Kilian Mbappe, 50

Xal durumu: "Mançester Siti" - 12, PSJ - 8, "Leyptsiq" - 4,  "Brügge" - 4,

B qrupu

00:00. "Atletiko" (Madrid, İspaniya) - "Milan" (İtaliya) - 0:1

Qol: Junior Messias, 87

00:00. "Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya) - 2:0

Qollar: Tyaqo Alkantara, 52. Məhəmməd Salah, 70

Xal durumu: "Liverpul" - 15, "Portu" - 5, , "Milan" - 4, "Atletiko" - 4

C qrupu

21:45. "Beşiktaş" (Türkiyə) - "Ayaks" (Niderland) - 1:2

Qollar: Raşid Gezzal, 22-pen. - Sebastyen Allye, 54; 69

00:00. "Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 3:1

Qollar: Pedru Qonsalveş, 30; 39. Pedro Porro, 81 - Doniel Molen, 90+3

Xal durumu: "Ayaks" - 15, "Sportinq" - 9, "Borussiya" - 6, "Beşiktaş" - 0.

D qrupu

21:45. "İnter" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:0

Qollar: Edin Ceko, 61; 67

00:00. "Şerif" (Moldova) - "Real Madrid" (İspaniya) - 0:3

Qollar: David Alaba, 30. Toni Kroos, 45+1. Kərim Benzema, 55

Xal durumu: "Real Madrid" - 12, "İnter" - 10, "Şerif" - 6, "Şaxtyor" - 1.

Kateqoriyalar