Son 63 ildəki ən ağır məğlubiyyət
UEFA Çempionlar liqası

Son 63 ildəki ən ağır məğlubiyyət

  • 2021-11-24

"Yuventus" Çempionlar Liqasında son 63 ildə ən ağır məğlubiyyətini alıb.

Turin təmsilçisi qrup mərhələsinin 5-ci turunda "Çelsi"yə 0:4 hesabı ilə uduzmaqla antirekord müəyyənləşdirib.

"Qoca sinyora" turnirdə son dəfə belə ağır məğlubiyyəti 1958-ci ildə yaşayıb. Çempionlar kuboku adlanan yarışda Avstriya "Viner"i "Yuventus"u 7:0 hesabı ilə darmadağın edib.