Ramos ilk dəfə "PSJ"nin iştirak ərizəsində
UEFA Çempionlar liqası

Ramos ilk dəfə "PSJ"nin iştirak ərizəsində

  • 2021-11-23

Serxio Ramos sabah "PSJ"də rəsmi debüt edə bilər.

Onun adı "Mançester Siti"yə qarşı keçiriləcək oyunun iştirakçıları sırasına daxil edilib. Çempionlar Liqasının 5-ci turunun bu görüşü sabah gecə (00:00-da) İngiltərədə keçiriləcək.

Qeyd edək ki, 35 yaşlı oyunçu zədəsi səbəbindən 2021-ci ilin may ayından bəri bir oyundan da iştirak edə bilməyib. Bu yay "Real"la müqaviləsi başa çatan Ramos azad agent kimi "PSJ"yə keçib.

Onun adı ilk dəfədir "PSJ"nin oyunçusu kimi iştirak ərizəsinə salınır.