Qrizmannın cəzası ləğv olundu
UEFA Çempionlar liqası

Qrizmannın cəzası ləğv olundu

  • 2021-11-20

UEFA Antuan Qrizmannın əlavə cəzasının ləğvi  ilə bağlı "Atletiko"nun apellyasiya şikayətini təmin edib.

Bu barədə "AS" nəşri məluma yayıb. Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Liverpul"la ilk matçda (2:3) qırmızı vərəqə alan fransalı hücumçu əvvəlcə 1 oyunluq cəzalandırılıb. Buna görə o, Mersisayd təmsilçisi ilə cavab görüşünü buraxıb. Daha sonra ona daha 1 oyunluq cəza verilib. Buna görə Qrizmann "Milan"la da qarşılaşmada iştirak etməməli idi. 

Ancaq apellyasiya şikayətindən sonra futbolçunun əlavə cəzası ləğv olunub.