"Atletiko" oyuna ciddi itki ilə çıxacaq
- 2021-11-18
"Atletiko"nun futbolçusu Antuan Qrizmann Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Milan"la oyunu buraxacaq.
"Mundo Deportivo"ya istinadən, buna səbəb onun ÇL-in qrup mərhələsinin 3-cü turunda "Liverpul"la ilk matçda qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılmasıdır. İspan hücumçu artıq cəzasının 1-ni Mersisayd təmsilçisi ilə cavab görüşündə çəkib. Qalan 1 oyunluq cəza səbəbindən Qrizmann "Milan"a qarşı da oynamayacaq.
Qeyd edək ki, "Atletiko" - "Milan" qarşılaşması noyabrın 24-ü keçiriləcək.