ÇL-də həftənin futbolçusu
UEFA Çempionlar liqası

ÇL-də həftənin futbolçusu

  • 2021-11-04

Çempionlar Liqasında həftənin futbolçusu müəyyənləşib.

Bu ada “Bayern” Münhenin hücumçusu Robert Levandovski layiq görülüb.

O, Pedro Qonçalves (“Sportinq”), Kriştiano Ronaldo (“Mançester Yunayted”) və Paulo Dibalanı (“Yuventus”) qabaqlayıb.

Qeyd edək ki, qrup mərhələsinin 4-cü turunda "Bavariya"nın "Benfika"nı 5:2 hesabı ilə məğlub etdiyi görüşdə Levandovski het-trikə imza atıb.