Benzema üçün əlamətdar oldu
UEFA Çempionlar liqası

Benzema üçün əlamətdar oldu

  • 2021-11-04

"Real"ın futbolçusu Kərim Benzema üçün Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Şaxtyor"la (Donetsk) matç (2:1) əlamətdar olub.

"Squawka Football"a istinadən, sözügedən oyunda dubla imza atan fransalı hücumçu ÇL-də 74 və 75-ci qollarını vurub. Bununla da o, bu turnirdə 75 qol vurmağı bacaran 4-cü futbolçu olub.

Qeyd edək ki, bundan əvvəl Kriştiano Ronaldo (139 qol), Lionel Messi (123 qol), Robert Levandovski (81 qol) bu səddə çatıb.