Levandovski "ÇL"in tarixinə düşdü
- 2021-11-03
"Bavariya"nın futbolçusu Robert Levandovski Çempionlar Liqasında yeni rekorda imza atıb.
33 yaşlı hücumçu "Benfika"nı 5:2 hesabı ilə məğlub etdikləri oyunda buna nail olub.
Qarşılaşmada het-trik edən polşalı forvard turnirdəki 100-cü matçında 80-ci qola imza atan ilk oyunçu kimi tarixə düşüb.
O, bu göstəricidə "PSJ"nin futbolçusu Lionel Messini və "Mançester Yunayted"in oyunçusu Kriştiano Ronaldonu qabaqlayıb. Messi 102, Ronaldo isə 116-cı görüşündə 100 qol vurub.
Qeyd edək ki, "Bavariya" E qrupunda 12 xalla liderdir. Münhen təmsilçisi sona iki tur qalmış 1/8 final mərhələsinə vəsiqəni təmin edib.