"Bavariya" "PSJ"nin rekordunu yenilədi
UEFA Çempionlar liqası

"Bavariya" "PSJ"nin rekordunu yenilədi

  • 2021-11-03

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Benfika" ilə oyun "Bavariya" üçün əlamətdar olub. 

Münhen təmsilçisi rəqibini 5:2 hesabı ilə məğlub edib. Nəticədə "Bavariya" bu mövsüm "ÇL"də keçirdiyi 4 matçda vurduğu qolların ümumi sayını 17-yə çatdırıb. Bununla da klub "PSJ"nin 2017/18 mövsümündəki rekordunu yeniləyib. 

Qeyd edək ki, "Bavariya" ötən gün "Benfika"ya qalib gəlməklə 1/8 finala vəsiqəni təmin edib.