Ronaldonun oyun sonu paylaşımı
UEFA Çempionlar liqası

Ronaldonun oyun sonu paylaşımı

  • 2021-11-03

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Atalanta" ilə oyundan (2:2) sonra paylaşım edib.

36 yaşlı hücumçu dubl etdiyi matçdan sonra "İnstaqram" hesabında yazıb:

"Biz sona qədər inanırıq. Məqsədlərimizə çatmaq üçün əlimizdən gələni edəcəyik! Biz "qırmızı şeytanlarıq".

Qeyd edək ki, "Mançester Yunayted" F qrupunda 7 xalla 1-ci pillədə qərarlaşıb.