"ÇL"də 4-cü tura yekun vurulur
- 2021-11-03
Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulacaq.
2-ci oyun günündə daha 8 matç keçiriləcək.
A qrupunda "Mançester Siti" "Brügge", "Leyptsiq" isə "PSJ" ilə qarşılaşacaq.
B qrupunda "Milan" "Portu", "Liverpul" "Atletiko" ilə üz-üzə gələcək. Mersisayd təmsilçisi qələbə qazanacağı təqdirdə, vaxtından əvvəl pley-offa vəsiqəni təmin edəcək.
C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" "Sportinq"in qonağı olacaq. "Borussiya" (Dortmund) isə "Ayaks"ını qəbul edəcək. Niderland təmsilçisi qələbə qazansa, növbəti mərhələyə vəsiqəni təmin edəcək.
D qrupunda "Real" Donetsk "Şaxtyor"u ilə, "Şerif" "İnter"lə qarşılaşacaq.
Qeyd edək ki, dünən "Bavariya" və "Yuventus" 1/8 finala vəsiqəni təmin edib.
A qrupu
00:00. "Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika)
00:00. "Leyptsiq" (Almaniya) - "PSJ" (Fransa)
Xal durumu: "PSJ" - 7, "Mançester Siti" - 6, "Brügge" - 4, "Leyptsiq" - 0.
B qrupu
21:45. "Milan" (İtaliya) - "Portu" (Portuqaliya)
00:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya)
Xal durumu: "Liverpul" - 9, "Atletiko" - 4, "Portu" - 4, "Milan" - 0
C qrupu
00:00. "Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə)
00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Niderland)
Xal durumu: "Ayaks" - 9, "Borussiya" - 6, "Sportinq" - 3, "Beşiktaş" - 0.
D qrupu
21:45. "Real " (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
00:00. "Şerif" (Moldova) - "İnter" (İtaliya)
Xal durumu: "Şerif" - 6, "Real" - 6, "İnter" - 4, "Şaxtyor" - 1