"Çelsi"yə kömək edə bilməyəcək
- 2021-11-02
"Çelsi"nin futbolçusu Nqolo Kante Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Malmö" ilə oyunu buraxacaq.
Britaniya mətbuatına istinadən, fransalı yarımmüdafiəçi komanda ilə birgə İsveçə getməyib. Əzələsində yorğunluqdan şikayətlənən Kante Londonda qalıb, orada müalicə olunacaq.
Qeyd edək ki, bu gün keçiriləcək "Malmö" - "Çelsi" görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.