Messi "Leyptsiq"lə oyunu buraxacaq
UEFA Çempionlar liqası

Messi "Leyptsiq"lə oyunu buraxacaq

  • 2021-11-02

"PSJ" Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Leyptsiq"lə oyuna ciddi itki ilə çıxacaq.

Fransa mətbuatına istinadən, Lionel Messi zədə səbəbindən bu oyunu buraxacaq. 

Liqa 1-in 12-ci turunun "Lill"lə matçında zədələnən argentinalı hücumçunun durumunun ciddi olmadığı, ancaq məşqçilər korpusunun riskə getmək istəmədiyi bildirilirib.

Qeyd edək ki, noyabrın 4-ü keçiriləcək "Leyptsiq" – "PSJ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.