Burak İspaniyaya aparılmadı
UEFA Çempionlar liqası

Burak İspaniyaya aparılmadı

  • 2021-11-02

Fransanın "Lill" klubu Çempionlar Liqası qrup mərhələsinin "Sevilya" ilə oyununa ciddi itki ilə çıxacaq.

Komandanın aparıcı üzvlərindən olan Burak Yılmaz səfər qarşılaşmasında komandasına kömək edə bilməyəcək.

Baş məşqçi Joslen Gurvennek mətbuat konfransında bildirib ki, 36 yaşlı forvard xəstələndiyi üçün İspaniyaya aparılmayıb.

Qeyd edək ki, bu gecə keçiriləcək "Sevilya" - "Lill" matçı Bakı vaxtilə saat 00:00-da başlayacaq.