"ÇL"də 4-cü tur başlayır
UEFA Çempionlar liqası

"ÇL"də 4-cü tur başlayır

  • 2021-11-02

Bu gün  Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start veriləcək.

İlk oyun günündə E, F, G və H qruplarında görüşlər keçiriləcək.

E qrupunda "Barselona" Kiyev "Dinamo"su, lider "Bavariya" isə "Benfika" ilə qarşılaşacaq. Münhen təmsilçisi qələbə qazanacağı təqdirdə, pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək.

F qrupunda"Mançester Yunayted" "Atalanta", "Vilyarreal" "Yanq Boyz"la üz-üzə gələcək.

G qrupunda "Volfsburq" "Zalsburq", "Sevilya" "Lill"lə qarşılaşacaq

H qrupunda "Malmö" "Çelsi"ni, "Yuventus" "Zenit"i qəbul edəcək. Turin klubu qalib gələcəyi təqdirdə, növbəti mərhələyə vəsiqəni təmin edəcək.

Qeyd edək ki, 4-cü turun digər 8 oyunu sabah keçiriləcək.

2 noyabr

E qrupu

00:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Barselona" (İspaniya)

00:00. "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya)

Xal durumu: "Bavariya" - 9, "Benfika" - 4, "Barselona" - 3, "Dinamo" - 1.

F qrupu

00:00. "Vilyarreal" (İspaniya) - "Yanq Boyz" (İsveçrə)

00:00. "Atalanta" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə)

Xal durumu: "Mançester Yunayted" - 6, "Atalanta" - 4, "Vilyarreal" - 4, "Yanq Boyz" - 3.

G qrupu

21:45. "Volfsburq" (Almaniya) - "Zalsburq" (Avstriya)

00:00. "Sevilya" (İspaniya) - "Lill" (Fransa)

Xal durumu: "Zaltsburq" - 7, "Sevilya" - 3, "Lill" - 2, "Volfsburq" - 2.

H qrupu

21:45. "Malmö" (İsveç) - "Çelsi" (İngiltərə)

00:00. "Yuventus" (İtaliya) - "Zenit" (Rusiya)

Xal durumu: "Yuventus" - 9, "Çelsi" - 6, "Zenit" - 3, "Malmö" - 0.