"ÇL"də həftənin rəmzi komandası
- 2021-10-22
Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
11-liyə İngiltərə və İspaniya klublarından ümumilikdə 6, Almaniya, Fransa, Niderland, Portuqaliya və Avstriya təmsilçilərinin hərəsindən 1 oyunçu düşüb.
Qapıçı: İvo Qrbiç ("Lill", Fransa);
Müdafiəçilər: Jerar Pike, Jordi Alba (hər ikisi "Barselona", İspaniya), Sebastyan Koates ("Sportinq", Portuqaliya), Deyli Blind ("Ayaks", Niderland);
Yarımmüdafiəçilər: Jorjinyo ("Çelsi", İngiltərə), Riyad Mahrez ("Mançester Siti", İngiltərə), Noa Okafor ("Zaltsburq", Avstriya);
Hücumçular: Məhəmməd Salah ("Liverpul", İngiltərə), Leroy Sane ("Bayern", Almaniya), Vinisius Junior ("Real", İspaniya).