Demiral tarixə düşdü
- 2021-10-21
"Atalanta"nın futbolçusu Merih Demiral Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Mançester Yunayted"ə qarşı matçda (2:3) qol vuraraq tarixə düşüb.
"Opta"ya istinadən, o, ÇL-də xarici klub forması ilə "qırmızı şeytanlar"a "Old Trafford"da qol vuran ikinci türk oyunçu olub. Bundan əvvəl Ömer Toprak ("Bayer" Leverkuzen) bunu bacarmışdı.
Qeyd edək ki, M.Demiral görüşün 28-ci dəqiqəsində fərqlənib.