UEFA Çempionlar liqası

Hakim Mbappeni qorxutdu - Video

  • 2021-10-20

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun dünən keçirilən "PSJ" - "Leyptsiq" matçından (3:2) əvvəl maraqlı anlar yaşanıb.

Görüşün italiyalı baş hakimi Marko Quida komandalar meydana çıxmağa hazırlaşdığı vaxt "PSJ"nin hücumçusu Kilian Mbappenin yanından keçərkən yüksək səslə fit çalıb. Gənc hücumçu isə gözlənilməz səsdən qorxub.