Marselo üçün əlamətdar oyun
UEFA Çempionlar liqası

Marselo üçün əlamətdar oyun

  • 2021-10-20

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu "Real"ın müdafiəçisi Marselo üçün əlamətdar olub.

Donetsk "Şaxtyor"u ilə səfər matçı braziliyalının yubiley görüşü kimi yadda qalıb.
 
33 yaşlı müdafiəçisi 69-cu dəqiqədə meydana daxil olaraq Çempionlar Liqasındakı oyun sayını 100-ə çatdırıb. O, bu oyunlarda 9 qol vurub.

Bununla Marselo ÇL-də 100 oyun səddinə çatan 41-ci futbolçu olub. O, Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenko ilə birlikdə 40-cı yeri bölüşür.

 
Qeyd edək ki, Marselo 2007-ci ildən "kral klubu"da çıxış edir.