35 qolun vurulduğu "ÇL"də dünənin nəticələri
UEFA Çempionlar liqası

35 qolun vurulduğu "ÇL"də dünənin nəticələri

  • 2021-10-20

Dünən Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura start verilib.

İlk oyun günündə 4 qrupda ümumilikdə 8 matç keçirilirb

A qrupunda "Mançester Siti" "Brügge"nin qonağı olub. Görüş "şəhərlilər"in 5:1 hesablı qələbəsi ilə başa çatıb. "PSJ" isə "Leyptsiq" ilə üz-üzə gəlib və 3:2 hesabı ilə qalib gəlib.

"Liverpul" İspaniyada "Atletiko" (Madrid) ilə münasibətlərinə aydınlıq gətirib və rəqibini 3:2 hesabı ilə məğlub edib. Qrupun digər oyununda "Milan" "Portu"ya uduzub - 0:1.

C qrupunda "Beşiktaş" "Sportinq"i qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 4:1. Digər qarşılaşmada "Ayaks" evdə "Borussiya" (Dortmund) ilə vahid liderlik uğrunda mübarizə aparıb və 4:0 hesabı ilə qalib gəlib.

"Şerif"i isə İtaliyada "İnter"lə qüvvəsini sınayıb, 1:3 hesabı ilə uduzub. "Real" "Şaxtyor"u (Donetsk) darmadağın edib - 5:0.

Çempionlar Liqası, qrup mərhələsi

3-cü tur

19 oktyabr

A qrupu

20:45. "Brügge" (Belçika) - "Mançester Siti" (İngiltərə) - 1:5

Qollar: Vanaken, 81 - Kanselo, 30, Mahrez, 43, Uolker, 53, Palmer, 67, Mahrez, 84

23:00. "PSJ" (Fransa) - "Leyptsiq" (Almaniya) - 3:2

Qollar: Kilian Mbappe, 9, Lionel Messi, 67, 74 -pen - Andre Silva, 28, Nordi Mukiele, 57

B qrupu

23:00. "Portu" (Portuqaliya) - "Milan" (İtaliya) - 1:0

Qol: Luis Dias, 65

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) - 2:3

Qollar: Antuan Qrizmann, 20, 34 - Məhəmməd Salah, 8, 78-pen, Nabi Keyta, 13

Qırmızı vərəqə: Antuan Qrizmann, 52 ("Atletiko")

C qrupu

20:45. "Beşiktaş" (Türkiyə) - "Sportinq" (Portuqaliya) - 1:4

Qollar: Koates, 15 (0:1), Larin, 25 (1:1), Koates, 27 (1:2), Sarabia, 44 (1:3), Poulinyo, 89 (1:4)

23:00. "Ayaks" (Niderland) - "Borussiya" (Dortmund, Almaniya) - 4:0

Qollar: Marko Roys, 11 -avtoqol, Deyli Blind, 25, Antoni Santus, 57, Sebastyen Allye, 72

D qrupu

23:00. "İnter" (İtaliya) - "Şerif" (Moldova) - 3:1

Qollar: Edin Ceko, 34, Arturo Vidal, 58, Stefan De Vrey, 67 - Sebastyen Till, 52

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real Madrid" (İspaniya) - 0:5

Qollar: Sergey Krivtsov, 38 (avtoqol), Vinisius Junior, 51; 56, Rodriqo, 65, Kərim Benzema, 90+1