Neymar ÇL-in oyununu buraxacaq
- 2021-10-18
"PSJ"nin futbolçusu Neymar Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Leyptsiq"lə oyunu buraxacq.
Bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, Braziliya millisinin üzvü yığma komandadan döndükdən sonra bud əzələsində ağrı hiss edib. Onun bərpa müddətini bir neçə gün uzanacağı vurğulanıb.
Qeyd edək ki, "PSJ" - "Leyptsiq" görüşü oktyabrın 19-u keçiriləcək.