"Real" Çempionlar Liqasına ciddi itkilərlə çıxacaq
UEFA Çempionlar liqası

"Real" Çempionlar Liqasına ciddi itkilərlə çıxacaq

  • 2021-10-18

"Real" Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Şaxtyor"la (Donetsk) oyuna itkilərlə çıxacaq.

Klubun saytına istinadən, Eden Hazard, Qaret Beyl, Dani Karvahal, Dani Sebalyos, Luka Yoviç və İsko sözügedən görüşü buraxacaqlar. Zədədən sağalmağa vaxt tapmayan sözügedən futbolçular Donetsk təmsilçisinə qarşı matç üçün heyətə daxil edilməyib.

Qeyd edək ki, "Şaxtyor" - "Real" qarşılaşması sabah keçiriləcək.