Çempionlar Liqasında həftənin "Şerifi"
UEFA Çempionlar liqası

Çempionlar Liqasında həftənin "Şerifi"

  • 2021-09-30

Çempionlar Liqasında həftənin futbolçusu açıqlanıb.

UEFA-nın rəsmi saytının verdiyi xəbərə əsasən, turnirin debütantı olan Moldova "Şerif"inin qapıçısı Yorqos Atanasiadis bu ada layiq görülüb.

Yunanıstanlı qolkiper səsvermədə Portulqaiya "Benfika"sından Darvin Nunyesi, Almaniya "Bayern Münhen"indən Leroy Saneni, İtaliya "İnter"indən Milan Şkrinyarı geridə qoyub.

Qeyd edək ki, "Şerif" qrup mərhələsinin 2-ci turunda "Real Madrid"ə 2:1 hesabı ilə qalib gəlib.