Levandovskidən tarixi uğur
UEFA Çempionlar liqası

Levandovskidən tarixi uğur

  • 2021-09-30

"Bavariya"nın futbolçusu Robert Levandovski Çempionlar Liqasında tarixi uğura imza atıb. 

"Opta"ya istinadən, 32 yaşlı hücumçu buna ötən gün qrup mərhələsinin 2-ci turunda Kiyev "Dinamo"su ilə matçda iştirak etməklə nail olub. O, Münhen təmsilçisinin rəqibini 5:0 hesabı ilə darmadağın etdiyi görüşdə oynamaqla Çempionlar Liqasında ardıcıl 18 matçda qalib gələn ilk futbolçu kimi tarixə düşüb. 

Qeyd edək ki, Levandovski sözügedən oyunda 12 və 27-ci dəqiqələrdə fərqlənərək dubl edib.