Burak Yılmazdan Çempionlar Liqasında rekord qol
UEFA Çempionlar liqası

Burak Yılmazdan Çempionlar Liqasında rekord qol

  • 2021-09-30

"Lill"in futbolçusu Burak Yılmaz rekorda imza atıb.

"NTV Spor"a istinadən, o, buna Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Zalsburq"la matçda (2:1) komandasının yeganə qolunu vurmaqla nail olub. 62-ci dəqiqədə fərqlənən 36 yaşlı hücumçu Çempionlar Liqasında qol vurmağı bacaran ən yaşlı türk futbollçu olub. Bundan başqa, Burak ÇL-də 7 ildən sonra qol sevinci yaşayıb.

Qeyd edək ki, Türkiyə millisinin üzvü ÇL-də bundan əvvəlki qolunu "Qalatasaray" forması ilə 2014-cü ilin oktyabrında "Arsenal"a vurmuşdu.