"ÇL"də ikinci tura yekun vuruldu
UEFA Çempionlar liqası

"ÇL"də ikinci tura yekun vuruldu

  • 2021-09-30

Dünən Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulub.

Son oyun günündə E, F, G və H qruplarında matçlar keçirilib "Yuventus"la turnirin son qalibi olan "Çelsi" üz-üzə gəlib. Görüş Turin klubunun qələbəsi ilə başa çatıb - 1:0.

E qrupunda "Barselona" "Benfika"nın qonağı olub. Son vaxtlar uğursuz çıxış edən Kataloniya klubu bu görüşdə rəqibinə 3 cavabsız qolla uduzub. "Bavariya" isə evdə "Dinamo"nu (Kiyev) darmadağın edib - 5:0.

Çempionlar Liqası

2-ci tur

29 sentyabr

E qrupu

23:00. "Bavariya" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 5:0

Qollar: Levandovski, 12; 27, Serj Qnabri, 68, Leroy, Sane, 74, Erik Şupo-Motinq, 87

23:00. "Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya) - 3:0

Qollar: Darvin Nunyes, 3; 79-pen. Rafa Silva, 69

F qrupu

20:45. "Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 1:0

Qol: Pessina, 66

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:1

Qollar: Aleks Telles, 60, Ronaldo, 90+5 - Pako Alkaser, 53

G qrupu

23:00. "Volfsburq" (Almaniya) - "Sevilya" (İspaniya) - 1:1

Qollar: Renato Şteffen, 48 - İvan Rakitiç, 86-pen.

23:00. "Zaltsburq" (Avstriya) - "Lill" (Fransa) - 2:1

Qol: Kərim Adeyemi, 35-pen. 53-pen. - Burak Yılmaz, 62

H qrupu

20:45. "Zenit" (Rusiya) - "Malmö" (İsveç) - 4:0

Qollar: Klaudinyo, 9, Daler Kuzyayev, 49, Aleksey Sutormin, 80, Vendel 90+4

23:00. "Yuventus" (İtaliya) - "Çelsi" (İngiltərə) - 1:0

Qol: Kyeza, 46