"ÇL"də oyunlar davam edir
- 2021-09-29
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq.
Son oyun günündə E, F, G və H qruplarında matçlar keçiriləcək. "Yuventus"la turnirin son qalibi olan "Çelsi" üz-üzə gələcək.
E qrupunda "Barselona" "Benfika", "Bavariya" isə "Dinamo" (Kiyev) ilə qarşılaşacaq.
Çempionlar Liqası
2-ci tur
29 sentyabr
E qrupu
23:00. "Bavariya" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna)
23:00. "Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya)
Xal durumu: "Bavariya" - 3, "Dinamo" - 1, "Benfika" - 1, "Barselona" - 0.
F qrupu
20:45. "Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə)
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Vilyarreal" (İspaniya)
Xal durumu: "Yanq Boyz" - 3, "Atalanta" - 1, "Vilyarreal" - 1, "Mançester Yunayted" - 0.
G qrupu
23:00. "Volfsburq" (Almaniya) - "Sevilya" (İspaniya)
23:00. "Zaltsburq" (Avstriya) - "Lill" (Fransa)
Xal durumu: "Zaltsburq" - 1, "Sevilya" - 1, "Lill" - 1, "Volfsburq" - 1.
H qrupu
20:45. "Zenit" (Rusiya) - "Malmö" (İsveç)
23:00. "Yuventus" (İtaliya) - "Çelsi" (İngiltərə)
Xal durumu: "Yuventus" - 3, "Çelsi" - 3, "Zenit" - 0, "Malmö" - 0
Qeyd edək ki, qrup mərhələsində 2-ci turun digər 8 görüşü dünən oynanılıb.