ÇL öncəsi "Siti"də ciddi itki
UEFA Çempionlar liqası

ÇL öncəsi "Siti"də ciddi itki

  • 2021-09-27

"Mançester Siti" Çempionlar Liqasının qrup mərhələsində PSJ ilə oyuna ciddi itki ilə çıxacaq. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Şəhərlilər"in heyətində İlkay Gündoğan sıradan çıxıb. Onun ayaq əzələsindən zədə aldığı bildirilib. 

Qeyd edək ki, sabah keçiriləcək "Paris Sen Jermen"- "Mançester Siti" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.