Haller Çempionlar Liqasının tarixinə düşdü
- 2021-09-16
"Ayaks"ın futbolçusu Sebastyan Haller Çempionlar Liqasının tarixinə düşüb.
Hücumçu qrup mərhələsinin ilk turunda "Sportinq"lə oyunda (5:1) poker edib.
Bununla da o, Çempionlar Liqasında debüt oyununda 4 qol vuran ikinci futbolçu olub.
ÇL-də debüt oyununda poker edən ilk futbolçu niderlandlı Marko van Basten olub. O, 1992-ci ildə, “Milan”ın heyətində İsveçin "Göteborq" komandasına qarşı keçirilən oyunda (4:0) 4 qol vurmuşdu.