Ronaldo və Xavidən sonra Messi
UEFA Çempionlar liqası

Ronaldo və Xavidən sonra Messi

  • 2021-09-16

"PSJ"nin futbolçusu Lionel Messi üçün Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Brügge" ilə matç (1:1) əlamətdar olub.

"Opta"ya istinadən, bu görüşlə argentinalı hücumçu turnirdə 150-ci oyununa çıxıb. Bununla da o, Kriştiano Ronaldo (177) və Xavidən (151) sonra bu mərhələyə çatan 3-cü  futbolçu olub.

Qeyd edək ki, Messi "Brügge" ilə görüşdə qol vura bilməyib.