Bellinqem Mbappenin rekordunu qırdı
UEFA Çempionlar liqası

Bellinqem Mbappenin rekordunu qırdı

  • 2021-09-16

"Borussiya"nın (Dortmund) futbolçusu Cud Bellinqem "PSJ"nin oyunçusu Kilian Mbappenin rekordunu qırıb. 

"Opta"ya istinadən, ingiltərəli oyunçu buna ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Beşiktaş"la oyunda (2:1) fərqlənməklə nail olub. Ötən mövsüm turnirin 1/4 finalında "Mançester Siti" ilə görüşdə də qapını dəqiq nişan alan Bellinqem turnirdə ardıcıl 2 oyunda qol vurmağı bacaran ən gənc futbolçu olub. O, buna 18 yaş 78 günlüyündə imza atıb. 

Daha əvvəlki rekord isə Kilian Mbappeyə məxsus idi. O, "Monako"nun heyətində çıxış edərkən 18 yaş 85 günlüyündə ardıcıl 2 matçında qol vurub. 

Qeyd edək ki, Bellinqem ötən ildən Dortmund təmsilçisində oynayır.