Bu oyun ÇL-in tarixinə düşdü
- 2021-09-15
Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Sevilya" (İspaniya) – "Zalsburq" (Avstriya) matçı turnirin tarixinə düşüb.
Görüşün ilk hissəsində Belarusdan olan baş hakim Aleksey Kulbakov dörd penalti təyin edib. Meydan sahibləri 1, qonaqlar isə 3 dəfə 11 metrlik cərimə zərbəsini yerinə yetirib. "Sevilya" yeganə penaltini qola çeviribsə, "Zalsburq" 3 penaltidən yalnız birindən yararlana bilib.
Beləliklə, ÇL tarixində ilk dəfə görüşün ilk hissəsində qapılara 4 penalti təyin edilib.
Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.