Ronaldo Messinin rekordunu təkrarladı
UEFA Çempionlar liqası

Ronaldo Messinin rekordunu təkrarladı

  • 2021-09-14

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında qeydə alınan rekordu təkrarlayıb.

"Opta"ya istinadən, qrup mərhələsinin ilk turunda "Yanq Boyz"la hazırda keçirilən görüşdə hesabı açan portuqaliyalı hücumçunun turnirdə qol vurduğu komandaların sayı 36-a çatıb.

36 yaşlı futbolçu bu göstəricidə "PSJ"nin oyunçusu Lionel Messiyə çatıb.