Alleqri oyun öncəsi hədəflərindən danışdı
UEFA Çempionlar liqası

Alleqri oyun öncəsi hədəflərindən danışdı

  • 2021-09-14

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının qrup mərhələsinin 1 -ci turunda İsveç "Malmö"sü ilə oyun öncəsi hədəflərindən danışıb.

"Football İtalia"ya istinadən, o, turnirin kubokunu qazanmaq istədiklərini deyib: "Yuventus" favorit sayılırdı, çünki bu, 5 il ərzində fərqli nəticələr və bəzi uğursuzluqlarla iki final oynadıq. Hazırda əsas məqsəd ilk səkkizliyə daxil olmaqdır. Sonra isə hər şey ola bilər. Çempionlar Liqasında kartlarımızı oynamaq üçün qrup mərhələsini keçməyə çalışmalıyıq. Bu il favoritlər sırasına daxil deyilik, amma bu o demək deyil ki, qazanmaq istəyimiz yoxdur".

Qeyd edək ki, bu gün keçiriləcək "Malmö" - "Yuventus" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.