Ronaldo heyətdə, Kavani yox
UEFA Çempionlar liqası

Ronaldo heyətdə, Kavani yox

  • 2021-09-14

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo "Yanq Boyz"la Çempionlar Liqasının qrup mərhələsinin birinci tur matçı üçün sifariş ərizəsində yer alıb.

Klubun mətbuat xidmətinə istinadən, Edinson Kavani isə zədə səbəbindən sözügedən matçı buraxacaq.

Qapıçılar: David De Xea, Tom Xiton, Din Henderson

Müdafiəçilər: Erik Bayi, Dioqo Dalot, Viktor Lindelof, Harri Maquayr, Lyuk Şou, Aleks Telles, Rafael Varan, Aaron Van-Bissaka

Yarımmüdafiəçilər: Amad Diallo, Brunu Fernandeş, Fred, Cessi Linqard, Xuan Mata, Nemanya Matiç, Skott Maktominay, Pol Poqba, Donni van de Bek

Hücumçular: Antoni Marsyal, Markus Raşford, Kriştiano Ronaldo, Ceydon Sanço, Meyson Qrinvud, Entoni Elanqa

Qeyd edək ki, sözügedən görüş bu gün Bakı vaxtı ilə 20:45-də başlayacaq.