"Çelsi"də ÇL öncəsi itkilər
- 2021-09-14
"Çelsi"nin futbolçuları Nqolo Kante və Kristian Pulişiç Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Zenit"lə matçı buraxacaqlar.
Britaniya mətbuatına istinadən, bu barədə London klubunun baş məşqçisi Tomas Tuhel məlumat verib:
"Nqolo dünən iki məşq etdi və bu gün yenidən məşq etdi, amma Çempionlar Liqasında oynamaq üçün hələ tezdir. Mövsümdə onu riskə atmayacağıq. Sonra cümə günü hamımızla birlikdə məşq edəcək".
Xatırladaq ki, "Çelsi" - "Zenit" oyunu bu gün keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, sözügedən oyunçular zədə səbəbindən Premyer Liqanın bir neçə oyununu buraxıblar.